Bakıda üç avtobusun toqquşması ilə bağlı yeni xəbər
Tarix: 7-04-2015, 12:05 | Çap et
Bakıda üç avtobusun toqquşması ilə bağlı yeni xəbər
Ötən gün Bakıda baş verən avtobus qəzasında ölən əslində sürücü yox, konduktor olub.

Bu barədə "İqafqaz" MMC-nin direktoru İsmayıl Maqsudov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, hadisə "Meyvəli" bazarının yanında olub.

Həmin ərazidə "Mercedes" markalı mikroavtobus Rafət Babayevin idarə etdiyi “Daewoo” markalı, 194 saylı sərnişin avtobusa çırpılıb. Sürücülər və sərnişinlər aşağı düşüb dalaşarkən arxadan gələn minik maşını “Mercedes” markalı avtobusa çırpılıb.

Daha sonra Cahid Babayevin idarə etdiyi “Daewoo” markalı, 211 nömrəli sərnişin avtobusu insanların toplaşdığı əraziyə girib.

Qəza nəticəsində 194 saylı sərnişin avtobusunda konduktor işləyən Polad İsmayıl oğlu Nuriyev ağır xəsarət alıb. Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törədən Cahid Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net