Sabirabadda dövlətçi – nurçu savaşı
Tarix: 21-10-2015, 10:14 | Çap et
Sabirabadda  dövlətçi  – nurçu savaşı
Son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr dövlətimizin varlığı üçün xaricə bağlı olan və xaricdən asılı olan və xaricdən maliyyələşən dağıdıcı və xain qüvvələrin əməllərinin hansı təhlükəli həddə gəlib çatdığını göstərdi Ən qorxulusu isə budur ki, yenə MTN olayları, bundan əvvəl Prezident aparatında, YAP- ın gənclər təşkilatındakı Elnur Aslanov – Ceyhun Osmanlı qruplaşması şəklində olduğu kimi dövlət qurumlarında, hakimiyyət orqanlarında yuvalanmağa, iqtidar “qüvvələri” şəklində maskalanmağa və təşkilatlanmağa üstünlük verirlər. Bəzi ayıq olmayan iqtidar məmurları və YAP funksionerlərnin siyasi səbatsızlığı, bəzi hallarda da sadəcə korrupsiyaya meyl və tamahkarlaıq, bəzən də cahillik və savadsızlıq həmun xain qüvvələrin xərçəng kimi dövlətin içinə sirayət etmələrinə şərait yaradıb. On illərdir həmin dağıdıcı və xain qüvvələrin ölkəmizdə səpdiyi zəhərli toxumların başları bir yedən kəsilsə də kökləri başqa yerdən, başqa formadada cücərti verir.
Bu gün bunu Sabirabaddın timsalında açıq – aydın müşahidə edirik. Elnur Aslanov – Ceyhun Osmanlı nurçu bandası ifşa olunduqdan sonra belə görünürdü ki, Sabirabadda nurçuların kökü kəsildi. Lain bu il Milli Məclisə seçkilər başlanan kimi, bunun belə olmadığı meydana çıxdı.
Sabirabadda hamı yaxşı bilir ki, Ceyhun Osmanlı deputat kimi rayona bir qayda olaraq “Azərmeliorasiya və su təsərrüfatı” prezidentinin müavini, əslən Sabirabadlı olan Zakir Quliyevin xidməti avtomobilində, çox vaxt da onunla birlikdə gəlib gedirdi və rayonda qalarkən də onların evində qalırdı. Odur ki, nurçularla bağlı Türkiyədə və Azərbaycanda baş verənlərdən sonra bu il keçiriləcək Milli Məclis seçkilərində hakim partiya olan YAP -n namizədi kimi onun qardaşı Elçin Quliyev irəli sürüləndə hamı təəcübləndi. YAP- ın qərarı elan edilən günün səhəri Ceyhun Osmanlı respublika kütləvi informasiya vasitələrində bəyanat verərək Elçin Quliyevi dəstəklədi, onun ziyalı (nurçu leksikonda ziyalı, yəni nurçu) ailədən (nurçu leksikonda ailə = nurçular ailəsi) çıxdığını xüsusi qeyd elədi. Bütün ölülərə allahın rəməti olsun. Ancaq Bəybala Quliyev nə vaxtdan ziyalı olub? Sabirabadda hamı bilir ki, Quliyev Zakir və Elçin qardaşlarının atası Bəybala Quliyev hələ Heydər Əliyev hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış adi bir şəxsdir. Onu da hamı bilir ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi. Diqqət çəkəndir ki, Ceyhun Osmanlının bəyanatından sonra Sabirabadda nurçular kimi bəlli olan şəbəkə dərhal hərəkətə gəldi. Bu gün Elçin Quliyevin kampaniyasına onun vəkili kimi nurçuların Sabirabad imamı təyin etdiyi (bu barədə KİV- lərdə dəfələrlə məlumat gedib) Əsgər Əkbərov rəhbərlik edir. 2010- cu ildə Ceyhun Osmanlının seçki komandası bu gün eyni ilə və bütünlüklə Elçin Quliyevin seçki qərargahı kimi fəaliyyət göstərir. Onlar təbliğat aparırlar ki, Ceyhun Osmanlı və onun başında duranların vurulması müvəqqəti hadisədir. Ən yaxın günlərdə Azərbaycanda Elnur Aslanovun rəhbərlik edəcəyi hökümət qurulacaq və Zakir Quliyev (Elçin Quliyevin qardaşı) Baş Nazirin müavini olacaq. Hətta bəziləri əyalətlərə xas olan ifratçılığa , şişirtməyə gedib Elnur Aslanovun prezident, Zakir Quliyevin baş Nazir olacağını da pıçıldayırlar. Bu şaiyələrlə onlar bəzi axmaq adamları aldada bilib öz torlarına sala biliblər. Elçin Quliyevin nurçu şəbəkənin namizədi olduğunu ən müxtəliv detallarda öz əksini tapır. Məsələn birbaşa və rəsmən Elnur Aslanovun nəzarətində olan “Xəbərər az” ın virtual təbliğatınəı izləmək kifayətdir. Başqa bir nümunə. Feysbukda Elçin Quliyevin əsas təbliğatçılarından biri Nadir Peyman adlı şəxsdir. Bu həmin Nadir Peymandır Sabirabadda nurçu şəəkənin maddi qaynaqlarından olan marketin sahibidir. Həmin marketin nurçulara məxsus olduğu Sabirabadda Ceyhuh Osmanlı peyda olmamışdan xeyli əvvəl danışılırdı. Ümumuyyətlə Ceyhun Osmanlı da 2010- cu ildə Sabirabada təsədüfən gəlməmişdi. Sabirabadda nurçu şəbəkənin fəaliyyətə başlaması hələ keçən əsrin 92- 93- cü illərinə gedib çıxır. Həmin dövrdə nurçuların nəzarətində olan “İhlas Holdinq”in emissarı kimi Mahmud Kamal Aydın peyda olmuşdu və sonradan “ Asgün” şirkətini təsis etmişdi. Nurçu təşkilatlanma metodologiyasının klassik şablonlarına uyğun olaraq şəbəkəyə bu yolla tərəfdarlar toplanmağa başlanmışdı. Sonradan bölgədə nurçu təşkilatlanmanın ağırlıq mərkəzi Şirvan şəhərində açılan Araz kurslarına keçsə də dərinlikdə məhz bu şirkətlər qrupu regionda nurçu təşkilatlanmanın mənbəyi kimi qalmaqda davam edir. Ceyhun Osmanlıda olduğu kimi Elçin Quliyevin də qərargahında fəaliyyət göstərən şəxslərin əksəriyyətinin, o cümlədən rayon seçki komissiyaları sədrlərinin içində övladları Araz kurslarından keçən və Türkiyədə nurçu universitetlərdə təhsil alan şəxslərin xeyli çoxluğu da diqqəti cəlb edən məqamdır. Təxminən son on ilə qədər Sabirabadda elə də seçilməyən Quliyevlərin birdən – birə önə çıxmaları da maraqlıdır. Əldə olunan məlumatlar və təhlillər göstəriri ki, Zakir Quliyevin Azərmeliorasiyada söz sahibi olması da təsadüfi olmamışdır. Məhz nurçu şəbəkə ilə əlaqə Fətullah Gülənin nəzarətində olan beynəlxalq bank nəhəngi “Asiya Bankın” Azərmeliorasiyaya külli miqdarda investisiyalar ayırmasına imkan yaratmışdır ki,bu investisiyaların kifayət qədər ciddi hissəsi Azərbaycanda nurçu şəbəkənin ehtiyacları üçün götürülür və bu əməliyyat Zakir Quliyevin vasitəsi ilə həyata keçirilir. Azərmeliorasiyanın prezidenti Ə. Əhmədzadənin öz qüdrətli müavininin öhdəsindən gələ bilməməsi, həmin müavinin qüdrətinin də mənbəyinin məhz bunda olduğu bildirilir. Nurçu yazışmalarda Azərbaycanın çox mühüm məhkəmə – prokurorluq sistemində olan vəzifəli şəxsin onların təsirində olduğundan (həmin vəzifəli şəxsin adı bizə məlumdur) danışılır. O da aydındır ki, Türkiyədə olduğu kimi hüquq- məhkəmə sistemini ələ keçirmək hər yerdə nurçu paralel dövlət yaratmanın əsas üsullarında biridir. Aydınlaşdırılıb ki, bir vaxtlar Sabirabadın kuratoru olmuş həmin məmura təsirin onun maddi ehtiyaclarını təmin etməyi öz üzərinə götürmüş Zakir Quliyev vasitəsi ilə edildiyi də həmin yazışmalarda keçir. Aydınlaşdırılıb ki, bu barədə özünün məlumatı belə olmasa da həmin məmurun güya təsir obyekti kimi əldə edilməsi Fətullahçı rəhbərlikdə Azərbaycandakı nurçu şəbəkənin ən böyük nailiyyətlərindən biri kimi qələmə verilib və təltifləndirilib.
Beləliklə Sabirabadda əsil dövlət – nurçu savaşı gedir. Biz Elçin Quliyevi yox, YAP- in namizədini müdafiə edirik deyənlər də bunun fərqində olmalıdırlar. Elçin Quliyev YAP- ın yox , abi deyib əlini öpdüyü Ceyhun Osmanlının, nurçuların, Fətullah Gülənin namizədidir. Bu savaşın neçə qurtaracağı tək Sabirabadın deyil bütün Azərbaycanın milli təhlükəsizlik məsələlərindən biridir.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net