Abdin Fərzəliyevin başı dərddə
Tarix: 24-04-2015, 11:48 | Çap et
Abdin Fərzəliyevin başı dərddə
İcra başçısına aid kafedə Andranikin portretinin asılması ona baha başa gəlib.

Məlumatlı mənbədən Tia.az-a daxil olan xəbərə görə, Bakının Montin qəsəbəsində yerləşən “Stara Praqa” kafesində bədnam erməni millətçisi Andranik Ozanyanın portretinin aşkarlanması Nərimanov meri üçün başağrısına çevrilib.
Abidin Fərzəliyev isə obyektin ona aid olmadığını deməklə məsuliyyəti üzərindən atmağa çalışıb. Çünki qatil Andranikin portretinin kafedə olması Fərzəliyevin vəziyyətini yaxşı etməyib. Gələn xəbərlərə görə, icra başçısı kafeni işlədən sahibkarı danlayıb. Polisdən də həmin sahibkara xəbərdarlıq olunub.
Türk-müsəlman dünyasında kifayət qədər vəhşiliklər törədən qatil Andranikin Azərbaycan paytaxtının mərkəzində uzun müddət təbliğ edilməsi bir çox suallar yaradır. Məsələnin arxasında kimlərin dayandığı, portretin həqiqətən də erməni qatilinə məxsus olub-olmaması isə hələlik tam aydınlaşmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net