Vidadi İsayev Bərdədən getməyə hazırlaşır
Tarix: 17-04-2015, 08:51 | Çap et
Vidadi İsayev Bərdədən getməyə hazırlaşır
Bərdədədən aldığımız informasiyaya əsasən icra blaşçısı Vidadi İsayev rayondakı yaxın adamlarının adına rəsmiləşdirdiyi bütün obyektlərini satışa çıxarıb. GUNDEMİNFO.AZ-a danışan mənbə deyir ki, icra başçısı rayonda qurduğu mərmər istehsalı və kəsimi seçxlərini artıq satıb. Bir neçə il əvvəl Vidadi İsayevin yaxın qohumları tərəfindən qurulan bu mərmər sexləri rayonda aparılan bütün təmir-abadlıq işləri üçün mal təchizatını həyata keçirirmiş. Daxil olan informasiyaya əsasən bu yaxınlarda Hesablama Palatası Bərdədə büdcə vəsaitlərinin istifadəsinə dair audit tədbirləri həyata keçirən zaman bepə təchizat təşkilatları vasitəsilə ödəmələr həyata keçirilib.

Məlumatlara görə, Hesablama Palatası büdcə vəsaitlərinin istifadəsinə dair mühasibat sənədləri ilə tanış olduqdan sonra bəlli olub ki, əslində abadlıq və təmir işlərinin görülməsi üçün tenderlərdə qalib olan belə sexlər və istehsal müəssisələri olub. Şübhəli məqam kimi büdcə pullarının Bərdədə istifadəsində daha çox adıçəkilən qurumların təsisçiləri ilə bağlı araşdırmalar aparılıb. Hələlik Hesablama Palatasının Bərdə İcra Hakimiyyətində rəy verərək yaranmış vəziyyətin düzəldilməsi və müvafiq arayışın təqdim edilməsi istənilib.

Daxil olan məlumata əsasən icra başçısı Vidadi İsayev kənd təsərrüfatı üzrə ixtisaslaşmış MMC-lər vasitəsilə hətta büdcə təkilatlarının karqüzarlıq işlərinin sifarişçisi olaraq iştirakına razılıq verib, müvafiq sənədləri imzalayıb. İnformasiyalara əsasən Vidadi İsayev indii yoxlamalardan sonra ortaya çıxan bu müəmmalı məqamı ört-asdır etmək üçün bütün obyektlərini satışa çıxarıb. Hətta təsis olunan və uzun illər Bərdənin büdcə pulları hesabına «abadlaşdırılmasında» iştirak edən MMC-lərin sürətlə ləğv edilməsinə başlanılıb. Bu mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Detallı bilgiləri yaxın günlərdə təqdim edəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net