Ağstafada “yol əjdahaları” necə hazırlanır
Tarix: 3-04-2015, 10:35 | Çap et
Ağstafada “yol əjdahaları” necə hazırlanır
Hazırda sürücülərin ehtiyatsızlıq ucbatından törətdikləri qəzaların qarşısının alınması dövlətin ən prioritet məsələlərindəndir. Elə bir gün olmaz ki, ölkədə yüngül də olsa avtoqəza törədilməsin. Son vaxtlar isə bu vəziyyətlə bağlı günahsız insanların qəzalardan həyatını itirməsi adi hal alıb. Əlbəttə, hadisə törədiləndən sonra deyil, başlanğıcdan bu vacib məsələlərin qarşısı alınmalıdır. Məktəbə ayaq açan uşaqlar təlim və tərbiyənin dərinliklərinə yiyələndikləri kimi, sürücülük məktəbinə qədəm qoyan hər bir kəs əvvəlcə özünü, sonra isə qarşısındakını qorumaq üçün cəmi 3 ay müddətində sürücülüyün sirrlərinə daha yaxşı bələd olmalıdır. Lakin, Nizami Əfəndiyevin tamahı bu işlərin üstündən xətt çəkir. Tələbələr sürücülüyün sirrlərinə yaxşı bələd ola bilmirlər. Onda qəza da olacaq, üstəlik maşını təyyarə kimi sürmək də...

Bu məsələ ilə bağlı, yəni sürücülük məktəblərində dərsin keyfiyyəti, sürücülərə dərs deyən müəllimlərin özlərinin hazırlığı ilə əlaqədar Vertikal.az olaraq diqqətimizi Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC-ni Ağstafa filialına yönəltdik. Bəli, bu sürücülük məktəbinin necə deyərlər, müasir adıdır. Məktəbə uzun müddətdir ki, Nizami Əfəndiyev rəhbərlik edir. Məktəbdə istər hərbi komissarlıq hesabına, istərsə də öz hesabına oxuyanların biri də ayağını məktəbə basmır. Saxta diplom kimi oxumaya-oxumaya saxta da sürücülük şəhadətnaməsi verilir. Məzunlardan da sürücülük məktəbinin direktoru hər birindən 800 manata yaxın pul toplayaraq onlara aidiyyəti yerdən sürücülük vəsiqəsi verdirir. Hələ, şağirdlərdən keçirilməyən təlim üçün pul yığılmasını dilə gətirmirik... Bir söz, bu sahə ən böyük biznesə çevrilib.

Ağstafa rayon sürücülük məktəbi sanki, məktəbin direktoru Nizami Əfəndiyev tərəfindən özəlləşdirilib. Onu məktəbdə tələbələri kimi çox nadir hallarda tapmaq mümkündür.

Ağstafalıların da yaxşı yadındadır. Bir neçə il öncə Nizami Əfəndiyev Ağstafada yerləşən sürücülük məktəbindən xeyli aralı olan yerdə özünə tikdirdiyi şəxsi binanı sürücülük məktəbinin binası etmişdi. Sən demə, kişinin planları varmış. Belə ki, o, tabeçiliyindəki müəllimlərin və tələbələrin hesabına məktəb adı ilə şəxsi binasını yüksək səviyyədə təmir etdirdi. Binanın təmiri qurtaran kimi, baş sürücü Əfəndiyev yenidən köhnə binaya qayıtdı. Xeyiri binasını məktəbin hesabına təmirdən çıxarmaq oldu.

Hərçənd ki, məktəbdə texnikaların saxlanılması üçün alaçıq olsa da, nəzarətsizlıikdən təlim maşınları açıq havada günün-yağışın altında xarab olmaqdadır. Məktəb olanda da burada şagirdlərə rast gəlmək mümkün deyildir. Öz hesabına oxuyanlar bir yana, Nizami Əfəndiyev hərbi komissarlıq hesabına oxuyanlardan da yaxşıca pul “qırır”. Şagirdlərin təhsil alması üçün hərbi komissarlıqdan Nizami müəllimin məktəbinin hesabına ötürülən vəsaitin dərdini yalnız direktorun özü bilir... Hətta, elə olur ki, təhsil müddəti olan 3 ay qurtarmağa az qalmış Nizami müəllim həmin buraxılışa adam yazır. Buradan da aydın olur ki, sürücü olmaq istəyənlərə saxta sürücülük vəsiqəsi verən Əfəndiyev bu hərəkətləri ilə nə qədər günah qazanır. Yol nişanlarından və maşın texnikasından tam xəbərsiz olan sürücülər bu səbəbdən yollarada “ölüm-dirim” mübarizəsinə girişirlər.

Texniki baza cəhətdən həddən ziya zəif oln məktəbin bu gün işləməsi məktəb direktorundan savayı heç kimə xeyri yoxdur. Nizami Əfəndiyev sürücülük məktəbində açıq-açığına “kamikadze” hazirlayır. Hələ, bu məsələnin görünən tərəfidir. Məktəbdə təlim üçün geniş şərait də “yox” dərəcəsindədir. Sinif otaqları şagird ayağına həsrət qalıb. Həmişə vur-tut 2 və ya 3 müəllimə təsadüf edilir. Həmin müəllimlər də Nizaminin dediklərilə oturub duran¸ ynacaq silgisinə dinməz imza atanlardır, - deyən qalıb işləyirlər. Axtaranda bu məktəb həqiqətən də gələcədə baş verəcək avtoqəzaların mənbəyini yaradır. Qəza da olsa olar, təki Nizami müəllim adı olub, özü olmayan məktəbdə atdığı zərləri şeş qoşa düşsün.

Nə deyək? Hazırkı vaxtda hərə özünə görə bir bəydir. O cümlədən, Nizami Əfəndiyev də! Yəqin ki, Nizami müəllimin bu saxta işlərinədən xəbərdar olanlar millətə yazığı gəlib onun qulağına nəsə deyərlər...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net