Girovların `məhkəmə` vaxtı açıqlandı - Xocalı soyqırımı günü
Tarix: 12-02-2015, 09:42 | Çap et
Girovların `məhkəmə` vaxtı açıqlandı - Xocalı soyqırımı günü
Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “məhkəmə”nin qərarına etiraz olaraq “Apellyasiya Məhkəməsi”nə etdikləri müraciət qəbul edilib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, `məhkəmə`nin tarixi məlum olub. Qondarma `məhkəmə` prosesi Xocalı faciəsinin ildönümü günü - fevralı 26-da keçiriləcək.

Qeyd edək ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma “məhkəmə”nin qərarına etiraz edərək bildiriblər ki, onlar heç-bir qanunu pozmayıblar, yalnız öz ata-baba torpaqlarını ziyarət ediblər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net