İcra başçısı YAP-çıların müxalifətə işlədiyini dedi və ara qarışdı
Tarix: 29-04-2015, 09:05 | Çap et
İcra başçısı YAP-çıların müxalifətə işlədiyini dedi və ara qarışdı
Laçın rayonundan olan bir qrup sakin Vertikal.az-a Laçının icra başçısı Akif Səlimov barədə yeni məlumat göndərib. Məlumatda qeyd olunur ki, 15.04.2015-ci il tarixində Laçın rayon icra hakimiyyətində Prezident Aparatıdan gələn kuratorun (nümayəndə) iştirak etdiyi hesabat iclası keçirilib. İclasda çıxış edən Akif Səlimov gözlənilmədən maraqlı iddialar səsləndirib.
O, Yeni Azərbaycan Partiyasının üzvlərinin 80%-nin müxalifət partiyalarına işlədiyini deyib. İcra başçısının bu çıxışından sonra iclas salonunda səs-küy yaranıb və və iclas iştirakçıları başçıya etirazlarını bildiriblər. Daha sonra icra başçısı siyasi səhv sayılan ifadə də işlədib. O, Administrasiyanın məsul işçisi Aqşin müəllimi iclasda iştirak edənlərə “bizim Aqşin” kimi təqdim edib və du ifadənin kuratorun xoşuna gəlmədiyi açıq hiss olunub. Belə hallar siyasi səhvlə yanaşı , qeyri etik davranış hesab olunur.
İclasda iştirak edən bir qrup ziyalı bilririr ki, dərhal Aqşin müəllim icra başçısına Yeni Azərbaycan Partiyasının ünvanına səsləndirdiyi fikirlərə və belə təqdimatına görə, iradını bildirib.
Məlumatda həmşinin qeyd olunur ki, Akif Səlimovun başı rayonun məcburi köçkün əhalisinin problemləri ilə maraqlanıb onları həll etmək əvəzinə öz şəxsi biznesini genişləndirməyə qarışması rayon əhalisi arasında ciddi narazılığa səbəb olur: “A. Səlimov haqqında xeyli sayda şikayətlər olduğu üçün bir neçə dəfə rəsmi qurumlar tərəfindən tənbeh olunduğu barədə çoxlu məlumatlar var. Onu da vurğulayım ki, yaxın zamanlarda Taxtakörpüdə geniş miqyaslı aksiya keçiriləcək. Laçın əhalisi Səlimov işdən uzaqlaşdırılmayınca sakit dayanmayacaq. Ümidimiz ölkə başçısı cənab İlham Əliyevədir. Tezliklə Cənab prezidentdən laçınlıları sevindirəcək sərəncam gözləyirik”.
Hörmətli redaksiya!
Yaxın günlərdə keçmiş polkovnikin rayonu necə idarə etdiyi və korrupsiyayası haqqında geniş məlumat verəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net