“Sahil” Ticarət Mərkəzində “kamera tələsi”
Tarix: 25-04-2015, 11:14 |
Çap et
İri vergi ödəyicilərinin vergidən yayınması hallarına qarşı dövlət səviyyəsində görülən tədbirlərə baxmayaraq bu kimi neqativ hallar hələ də qalmaqdadır. Redaksiyamıza ötürülən yeni məlumatlarda isə paytaxtın məşhur ticarət mərkəzlərindən sayılan “Sahil” Ticarət Mərkəzində yaşanan qanunsuzluqlardan bəhs olunur. Adının çəkilməsini arzulamayan bir qrup sahibkar tərəfindən redaksiyamıza edilən müraciətdə iddia olunur ki, müvafiq dövlət qurumları “Sahil” Ticarət Mərkəzində hətta səthi yoxlamalar həyata keçirsələr onlarla maliyyə maxinasiyaları və qanunsuzluqlar aşkarlanar.Daxil olan məlumatda bildirilir ki, sözügedən ticarət mərkəzinin rəhbəri Fariz müəllim müxtəlif ağlagəlməz üsullarla sahib olduğu sahibkarlıq obyektinin faktiki qazancını vergidən yayındırır. Belə ki, həm qazancını, həm burada çalışan əməkdaşların sayını süni şəkildə azaldan Fariz müəllim bu yolla hər ay dövlət büdcəsinə ödənməli olan böyük məbləğləri mənimsəyir.Mənbəmizin sözlərinə görə, “Sahil” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarları zərbə altına qoymaqla öz qazancını artıran Fariz müəllimin çox orijinal üsulları var. Məsələn, münasibətləri gərgin olan sahibkarları vergi müfəttişlərinə nişan verən sahibkar bu yolla həm rəqiblərinə problemlər yaradır, həm də vergidən yayınma ittihamını öz üzərindən ataraq onları zərbə altında qoyur: “Dəfələrlə olub ki, Fariz müəllim hansısa sahibkarın guya vergidən yayındığını, qanunlardan gizlənməyə çalışdığını önə çəkməklə əslində öz əməlləri olan vergidənyayınmanı pərdələməyə çalışıb. Bu isə haqlı olaraq “Sahil” Ticarət Mərkəzində çalışan şəxslərin narazılıqlarına səbəb olur”.“Sahil” Ticarət Mərkəzinin rəhbəri haqda daxil olan digər məlumatlar isə daha sensasion xarakterlidir. Belə ki, hələlik daxil olan məlumatların dəqiqləşdirilməsi üzərində araşdırmalarımız davam etdiyindən bu haqda təfərrüatlı bəhs etmək niyyətində deyilik. Sadəcə olaraq, qeyd edək ki, həmin məlumatlarda Fariz müəllimin müəlliflik etdiyi və heç bir etik çərçivələrə sığmayan əməllərdən bəhs edilir. Yuxarıda da qeyd etdiyimiz kimi yaxın günlərdə araşdırmalarımız yekunlaşacaq və o zaman ozucularımıza aşağıdakı sualların cavablarını da təqdim edə biləcəyik:
* “Sahil” Ticarət Mərkəzində quraşdırılmış kameralar hansı məqsədlərə xidmət edir?
* Fariz müəllim həmin kameralar vasitəsilə gözəgəlimli xanımları niyə izləyir?
* “Kamera sərgüzəştləri”nin ilginc sonluğu və ya işdə məhəbbət məcaraları...
* Onun Gənclik metrostansiyası ətrafindakı evə tez-tez getməsinin əsil səbəbi nədir?
* Fariz müəllimin ikinci həyatı ilə bağlı çox mübhəm məlumatlar və daha nələr...
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.