“Şəmkirin yezidi” Nəriman Verdiyev
Tarix: 20-04-2015, 11:23 | Çap et
“Şəmkirin yezidi” Nəriman Verdiyev
Ölkə başçısı İlham Əliyev cənabları aqrar sahənin inkişafı üçün 2015-ci ili “Kənd təsərrüfatı ili” elan edib. Məqsəd ölkənin özünü ərzaq məhsulları ilə təmin etməsi və ən əsası ölkə iqtisadiyyatının neftdən asılılığına son verməkdir. Prezitentimiz təkcə qərarla kifayətlənmir, aqrar sahədə olan sahibkarlara yardımı artırır, aqrar sferaya hər cürə dəstək verir. Amma bəzi məmurlar dövlətin ayırdığı vəsaiti öz dədəsinin malı kimi cibinə yığır. Qafqaz Xəbər Agentliyi bildirir ki,belə məmurlardan biri də Şəmkir rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Nəriman Verdiyevdir. Bu şəxsin soyadı Verdi-yev olsa da verməklə arası yoxdur, ancaq almağı bacarır. Özü də kasıb-kusubdan. Beləki Verdiyev hər il qış aylarında sakinlərdən hər ay 30 manat, yayda isə hər ay 50 manat pul alır və qəbz-filan da vermir. Təsəvvür edirsiniz, son 4-5 ildə Verdiyev minlərlə sakindən nə qədər pul yığıb. Və bu pulu dövlətin büdcəsinə deyil, öz cibinə qoyur. Bundan əlavə Verdiyev subartezian quyurlarındakı motor üçün əhalidən 600 manat pul alır və 2 gün sonra motor xarab olur. Verdiyev təzədən əhalidən pul tələb edir. Ki, pul verməsəniz əkin sahələriniz yanacaq. Bu adama əhali arasında “Yezid” ləqəbi verilib. Ən dəhşətlisi odur ki, müvafiq orqanlar bu məsələyə barmaqarası baxır. Prezidentin göstərişinə barmaqarası baxmağın axırı isə…barmaqlıqlar arxası olur. Qoy, Verdiyev özü nəticə çıxarsın.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net