Azərbaycan müxalifətinin liderləri hansı maşınlarda gəzirlər? - Siyahı
Tarix: 10-03-2015, 16:48 | Çap et
Azərbaycan müxalifətinin liderləri hansı maşınlarda gəzirlər? - Siyahı
Azərbaycan siyasi səhnəsində olan fiqurlar hərəsi öz iddiası, platforması ilə seçilməyə çalışır. Düzdür, elə də cəlbedici ideyalar yoxdur, amma hər halda hamısını yaxşı ya da pis tərəfdən dəyərləndirmək olar. Siyasi səhnədəki fəaliyyətini koordinasiya etmək üçün müasir dövrün ən çox tələb olunan minik vasitəsi - avtomobildən istifadə də partiya liderləri üçün əhəmiyyətli sayıla bilər. Çünki tədbirlərə mənzil başına yetişmək işində də siyasətçi dəqiqliyi önəmlidir. Buna görə isə siyasətçilər ya şəxsi avtomobillərindən yararlanır, ya da ki maddi vəziyyətlərinin yaxşı olmamasına görə ictimai nəqliyyatdan istifadə edirlər.

Modern.az saytının əməkdaşı keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni tez-tez Bakı metrosundan istifadə edən görüb və bunun səbəbiylə maraqlanıb. Doğrudanmı ictimai nəqliyyata üstünlük verən Pənah bəyin şəxsi avtomobili yoxdur?
Pənah Hüseyn bildirib ki, bəli, şəxsi avtomobili yoxdur.
Pənah Hüseynlə başladığımız bu mövzu bizi müxalifət cəbhəsindəki digər liderlərin hansı marka avtomobilə malik olduğunu dəqiqləşdirməyə məcbur etdi...

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə altı ildir “Nissan X-Trail” markalı avtomobil idarə etdiyini deyib.
“Avtomobilin kreditini hələ də ödəyirəm. Partiya sədrliyinə şərik olmaq istəyən buyursun gəlsin” deyə A.Əlizadə zarafatından da qalmayıb.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər “Mersedes-Benz-Ponaroma” avtomobilinə malikdir.

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı “Mercedes-Benz E-klass” avtomobilindən istifadə edir.

Milli Şuranın sədri Cəmil Həsənli “Kia Sportage” maşını idarə edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin xidməti maşını “Mazda CX-9” avtomobilidir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Toyota Land Cruiser Prado” avtomobili idarə edir.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin “Mercedes” markasından olan avtomobil sürdüyü deyilir.

Azadlıq Partiyasının sədri Əhməd Oruc beş ildən çoxdur ki, “Mecedes C Klass” avtomobildən istifadə etdiyini deyib. Qiyməti maksimum 10 min manat civarındadır. Çox vaxt rayonda olduğunu deyən partiya sədri avtomobilin hələ ki, onu qane etdiyini və dəyişmək fikirinin olmadığını söyləyib.

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayıl bildirib ki, avtomobili özü idarə etmir. Partiyanın maşını var “Mercedes” markalı. Avtomobili sürücüsü idarə edir.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan istifadə etdiyi bir neçə avtomobil markasının adını çəkib: “Mersedes”, “Daewoo”, “Shizutetsu”. Amma hamısı da avtobusdu. “Niyə avtomobil almırsınız” sualına Əvəz Temirxanlı belə cavab verib: “Mən müxalifətdəyəm”.

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət “Nissan Teana” avtomobilində gəzir.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 15 ildir “Uaz” markalı avtomobil idarə etdiyini deyib. Nə zaman dəyişəcəyinə gəlincə isə, buna maddi imkanı olmadığını deyib. Dəyişərsə, hansı avtomobil markası seçəcəyinə gəlincə, “zaman göstərər” deyə o, bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin yaxşı idarəçilik bacarığı olsa da, “Mercesdes” markalı avtomobilini sürücüsü idarə edir.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “Hunday Santa Fe” markalı avtomobilini özü idarə edir. Fazil Mustafa beş ildir ki, həmin maşını istifadə edir.

AMİP sədri Yusif Bağırzadə “Toyota” markalı avtomobilini özü idarə edir.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının “Leksus 470” markalı avtomobili var və maşını onun şəxsi sürücüsü idarə edir. Bəzən maşını Sabir bəyin özünün də idarə etdiyi vaxtlar olur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net