Azərbaycan Dövlət Aqrar Universitetində qanunsuzluq
Tarix: 13-05-2015, 09:45 | Çap et
Azərbaycan Dövlət Aqrar Universitetində qanunsuzluq
Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı xoşagəlməzliklər davam edir. Çünki universitetdə heç bir ciddi islahatlar aparılmır, nəticədə neqativ hallar arataraq gündəmi zəbt edir. Bildirilir ki, burada tələbələri hansısa razılaşmaların müqabilində aylığa, illiyə dərslərdən azad edirlər. Universtitedəki qanunsuzluqlar təkcə bununla bitmir. Şikayətlərdə o da əks olunur ki, təhsil ocağında xoşagəlməzliklər də baş alıb gedir. Belə ki, təhsil müəssisəsinin rəhbəri, rektor İbrahim Cəfərov universitetdə bəzi maraqlarını reallaşdırmağa çalışır.

Respublikamızın tanınmış təhsil ocağına sanki biznes obyekti kimi baxan rektor buradakı imtahanlar zamanı tələbələrdən qiymətə görə nələrinsə tələb olunmasına göz yumur.

Ölkəmizin ikinci əsas şəhərində fəaliyyət göstərən, kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirən Dövlət Aqrar Unversitetində Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələrinin bir sıra müəllimlərinin fəaliyyətlərində ciddi nöqsanların olması faktdır. Tələbələr deyirlər ki, unversitetdə təhsil, bir imtahandan qiymət almaq baha başa gəlir. Bütün bunlar bir yana, bəzi tələbələr ildə bir dəfə unversitetə təşrif buyururlar və onlar rəhbərliyə illik deyilən "ödəmə” verirlər.

Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Bu təhsil müəssisəsinə qəbul olmaq üçün isə böyük xərcin tələb olunduğu qeyd edilir.

Həmçinin məlumatda o da vurğulanır ki, Aqrar Unversitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putovkalarının satdırılmasıdır. Putovkaları isə Həmkərlar Təşkilatlarının əli ilə satılır.

Hətta bu günlərdə keçirilən bir sıra tədbirlərlə də bağlı da maraqlı məqam ortaya çıxıb. Gəncədə Qələbə günü, həmçinin Gül bayramı ilə bağlı bir sıra tədbirlər təşkil edilib. Əldə etdiyimiz məlumata görə, universitetin rektoru şəhərdə şayiə yayıb ki, guya bütün tədbirləri onlar keçirir. Bu isə şəhər rəhbərliyinin gördüyü işlərə kölgə salmaqdan başqa bir şey deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net