Dövlət Əmək Müfəttişliyinin Şirvan nümayəndəsi işçi haqqı yeyir
Tarix: 3-04-2015, 09:13 | Çap et
Dövlət Əmək Müfəttişliyinin Şirvan nümayəndəsi işçi haqqı yeyir
İşçilərin hüququnu qorumalı olan qurum onların hüquqlarını sahibkarlara satır. Bu barədə Vertikal.az-a daxil olan məlumatda qeyd olunur ki Dövlət Əmək Müfəttişliyi Xidmətinin Salyan, Neftçala, Hacıqabul və Şirvan şəhəri üzrə regional xidmət idarəsinin rəisi bu rayonlarda fəaliyyət göstərən sahibkarlardan aylıq və illik haqq alır.

İdarə rəisi Mahir Şükürovun əsas hədəfi isə bir qayda olaraq şadlıq evləri, restoranlar, tikinti sektoru, çayxanalar və s. iaşə obyektləridir.

Belə ki, əksər obyektlərdə çalışan insanlar qeyri rəsmi olaraq çalışdığı üçün Mahir Şükürovun işçiləri obyekt sahiblərinin hər birindən ayda 100-250 mant aylıq almaqla minlərlə işçinin hüquqlarının pozulmasına göz yumurlar.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Respubilkanın ərazisində hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə ilə məşğul olan fiziki şəxslərin (işəgötürənlər) tərəfindən Azərbaycan Respubilkası Əmək məcəlləsinə və Azərbaycan Respubilkasının əmək qanunverciliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (əmək qanunverciliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeçiliyində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

Müfətişşliyin işçiləri yuxarıda göstərilən 4 rayonda fəliyyət göstərən restoranlardan, çayxanalardan aylıq almaqla yanaşı həmçinin tikinti sahələrində insanları günəmuzd işlədən sahibkarlardan aylıq alır və onları himayə edirlər.

Bunula isə həm işçilərin hüquqları pozulur, həm də dövlətə külli miqdarda ziyan dəyir.

Çünki günəmuzd işçi çalışdıran təşkilatlar bir qayda olaraq vergidən yayınmaqla məşğul olurlar. Və bu ölkə miqyasında illik dövriyədə milyard manatlarla vəsaitin vergidən yayınmasına yol açır.

Qanunla Əmək Müfəttişliyi xidməti müqaviləsi olmayan işçiləri hüquqlarını təmin etməli və sahibkarın onlaral əmək müqaviləsi bağlamasına yardımçı olmalıdır. Ancaq Mahir Şükürov vətəndaşlar əvəzinə sahibkarlara "xidmət” etməyi daha münasib bilir. Və çox təəssüf ki, bu ölkə miqyasında baş verən bir prpossesdir və təbii ki, bu şəraiti yaradan Dövlət Əmək Müfətişşliyi Xidmətinin rəhbərliyidir.

Məlumatda göstərilir ki, Salyan, Neftçala, Hacıqabul, Şirvan şəhərlərində fəaliyyət göstəərn şadlıq saraylarından ayda 50-150 manat arasında haqq alır. Eyni zamanda Mahir Şükürovun və işçiləri Salyan, Neftçala, rayonları ərazisində qeyri sahibkarlıq subeykti olan qanunsuz balıqçılıq vətəgələrindən “illik” haqq aldıqları bildirilir. Regional xidmət rəisinin balıqçılıq vətəgələrindən hər ilin başında 250 manat rüşət aldığı bildirilir.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net