Ağstafada saxta diplomlu icra nümayəndəsi...
Tarix: 30-03-2015, 08:59 | Çap et
Ağstafada saxta diplomlu icra nümayəndəsi...
Ağstafa rayon Qıraq Kəsəmən kənd icra nümayəndəsi Nurəddin Yaqubəliyevin diplomu saxtadır. O, “diplomu” Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktorundan alıb, özü də ekologiya ixtisası üzrə. Heç Qazaxda belə bir ixtisas fənni tədris olunmayıb. Saxta diplomlu icra nümayəndəsini Rayon İcra Hakimiyyətindən qohumları müdafiə edir.

Vertikal.az bildirir ki, Nurəddin Yaqubəliyev arxasında duran şəxslərdən arxayın olaraq kənddə 300 hektar torpağa taxıl əkilməsi barədə arayışlar verib. Təbii ki, həmin torpaqlar əkilməyib. Məqsəd taxıl əkini üçün ayrılan hektara görə 50 manat vəsaitin mənimsənilməsidir. Bunu da kənddə özünə yaxın tanış adamların adına yazaraq edir. Həmin torpaqlar hazırda da əkilməyib. Bundan əlavə, İcra nümayəndəliyində onlarla xidmətçi çalışır. Heç onlar işə çıxmır. İcra nümayəndəliyini təmizləsə, bir xidmətçi təmizləyər.

Digərlərinin kartları isə Nurəddinin cibində gəzir. Axırıncı işə götürdüyü xidmətçi isə deyilənə görə bacısıdır. Təbii ki, adı işdə gedir. Bacısının da məvacib kartı digər xidmətçilər kimi Nurəddin Yaqubəliyevin cibində gəzir. Kənd icra nümayəndəliyinə isə həftədə bir dəfə səliqəyə salmaq üçün bir-iki xidmətçi işə çıxır. Bu da görüntü xarakteri daşıyır. Məsələ ondan ibarətdir ki, onların da məvacibini Nurəddin Yaqubəliyev mənimsəyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net