7 yaşlı uşağı zorlayıb yandırdılar
Tarix: 7-04-2015, 09:15 |
Çap et
Hindistanda növbəti dəfə vəhşicəsinə zorlama hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, “Bild” qəzeti iki nəfərin 7 yaşlı oğlan uşağını zorlayaraq daha sonra yandırdığını bildirib.
Hindistanın Mumbay şəhəri yaxınlığındakı hadisə azyaşlı mağazaya gedərkən baş verib.
Azyaşlı uşağın təcavüzçülərə müqavimət göstərdiyi üçün yandırıldığı bildirilib.
Bədənində 30 faiz yanıq xəsarəti yaranan uşağın ölmədiyi və Mumbaydakı xəstəxanalardan birində olduğu bildirilir.
Qeyd edək ki, statistikaya görə Hindistan zorlama hadisələrinə görə dünyada birinci yerdədir.