İŞİD dəhşətində şiələrin və İranın rolu... - Sünnülər qisasdan qorxurlar
Tarix: 9-03-2015, 15:54 |
Çap et
İraq ordusu "İslam dövləti" qruplaşmasının mövqeyinə genişmiqyaslı hücumlar edib, Тikrit şəhərini özünün tam nəzarəti altına almağa çalışır. Böyüklüyünə görə İraqın ikinci şəhəri olan və ötən il islamçıların ələ keçirib paytaxtı elan etdikləri Mosula buradan onların yolu açılmış olacaq.
Döyüşlər artıq İraqın edam edilmiş sabiq prezidenti Səddam Hüseynin doğma şəhərində, Tikritdə gedir. Analitik.az xarici mətbuata istinadən bildirir ki, ordu tərəfində bir neçə kiçik sünni dəstələri, sayca daha çox olan, İranın dəstəklədiyi şiə silahlı birləşmələri vuruşurlar. Bəzi məlumatlara görə onlar Tikrit uğrunda döyüşlər aparan qüvvələrin üçdə ikisini təşkil edir. Şəhərdə və onun ətrafında əsasən sünnilər yaşayır, şiə döyüşçü qruplarının hücumda iştirak etməsi yerli əhali arasında təlaşa səbəb olub. Təxminən 30 min nəfər ehtiyat edərək, Tikriti tərk edib.
Şiə döyüşçülərin qisas təhlükəsi barədə humanitar təşkilatlar tərəfindən də xəbərdarlıq edirib. İran ordusu heç vaxt İraqla arasındakı müharibənin 8 ili ərzində (1980-1988) Səddam Hüseynin doğma şəhəri olan Tikritə belə yaxın gəlməmişdi. Bu gün isə İran iraq qüvvələri ilə birlikdə Tikritin İŞİD-dən azad edilməsi üçün əməliyyatlar keçirirlər. Tikritin "İslam dövləti" qruplaşmasının yaraqlılarından azad edilməsi əməliyyatında İran qüvvələrinin mümkün iştirakı barədə Kanadanın Kral hərbi kollecinin analitiki Hasan-Yari Huçan xarici mətbuata şərh edib: "İraqda yerləşdirilən İran hərbçilərinin sayı barədə dəqiq məlumat yoxdur. Amma bu danılmaz faktı vurğulamaq vacibdir ki, məhz iranlılar bu əməliyyata rəhbərlik edir. Bunu İslam inqilabı Keşikçiləri Korpusunun elit briqadasının komandanı Qasem Süleymaninin və eləcə də digər komandirlərin İraqda olması sübut edir."
Analitikin sözlərinə görə, hesab edilir ki, bu əməliyyatlarda 30 min nəfər iştirak edir: “Bu, çox böyük rəqəmdir. İraq ordusunun köməyinə “Hizbullah"dan olan Livan əsgərləri, İran İslam inqilabı Keşikçilərilərinin də gəldiyini qeyd etsək, say üstünlüyünü nəzərə alaraq demək olar ki, "İslam
dövləti"nə qalib gəlmək şansı çox böyükdür.”
Amerika qüvvələrinin Yaxın Şərqdəki baş qərargahı bildirib ki, onlar Tehranla öz fəaliyyətini uyğunlaşdırmırlar, lakin regionda İranın fəaliyyətini hər vasitə ilə izləyirlər. Mənbənin bu dinməz razılığını onunla bağlamaq olarmı ki, ABŞ İŞİD problemini faktiki olaraq, İranın üzərinə atıb, hətta İranın yerüstü əməliyyata komandanlığına da razılıq verib, sualına analitik belə cavab verib: "Belə görünür məsələ məhz bu cürdür. Qeyd etmək vacibdir ki, İran və Amerika qoşun hissələri öz aralarında toqquşmaya girişməyiblər, bu isə haqqında dediyiniz əlaqələndirilmənin olmasına bir eyhamdır. O ki qaldı ABŞ-ın yerüstü əməliyyata komandanlığı İrana təhvil verməsinə, iş burasındadır ki, ABŞ İraqda və Suriyada yerüstü əməliyyatlara öz hissələrini cəlb etmək istəmir və bununla əlaqədar onlar, İŞİD-ə qarşı istənilən digər qüvvələrin döyüşlərdə iştirakını alqışlayırlar.
Bunlar istər kürd terrorçusu olsun, iraqlılar və ya iranlılar olsun fərq etmir. Çünki İŞİD -la mübrizədə bütün vasitələrdən istifadə etmək yaxşıdır ", deyə sonda Hasan-Yari Huçan bildirib.