Bəşər Əsəddən dinc əhaliyə qarşı növbəti dəhşətli qətliam (VİDEO)
Tarix: 12-02-2015, 09:25 |
Çap et
Suriyada Əsəd ordusunun döyüş təyyarələri, paytaxt Dəməşqin Duma qəsəbəsində yerləşən mülki binalara 400 ədəd bomba və raket atıb.
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, bombardıman nəticəsində 120 nəfər həyatını itirib , 100-dən çox adam isə yaralanıb.
Suriyalı media aktivistləri tərəfindən sosial mediada yayılan şəkil və video görüntülərdə bölgənin hücum sonrası sanki yerlə bir edildiyi görünür.
Bombardıman nəticəsində həyatını itirən insanların əksəriyyətinin uşaqlar olduğu bildirilir.
Avropa.info baş vermiş qətliamın video və fotolarını təqdim edir. Ürəyi xəstə və uşaqların izləməsi məsləhət deyil.