Ukrayna və yaraqlılar atəşkəs danışıqları aparıblar
Tarix: 7-05-2015, 10:03 |
Çap et
Ukrayna və separatçıların təmsilçiləri fevralda sülh sazişi imzalanandan bəri ilk dəfə olaraq Minskdə görüşüblər. Tərəflər Rusiya və ATƏT təmsilçiləri ilə birlikdə mayın 6-da qapalı görüş keçirib, Ukraynanın şərqində atəşkəsin saxlanmasını müzakirə ediblər.
Kiyev və Moskvapərəst yaraqlılar bir-birini atəşkəsi pozmaqda ittiham edir. Kiyevin təmsilçisi, keçmiş prezident Leonid Kuchma deyib ki, görüş “siyasi həllə doğru ciddi addım” olub, ancaq o, atışmanın tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.
Kuchma jurnalistlərə deyib ki, separatçıların təmsilçiləri “konstruktiv” davranıb.
Rusiyanın təmsilçisi Azamat Kulmukhametov-un sözlərinə görə, danışıqlar döyüşlərdə “siyasi həllə” ümid yaradıb.
Görüşdə ekspert qrupları yaradılıb. Qruplar sülh planındakı növbəti addımları nəzərdən keçirəcək. Birinci qrup işə mayın 19-da başlayacaq.