“Ukraynanı tanklar yox, rubl işğal edir…”
Tarix: 7-05-2015, 09:46 |
Çap et
“Rus rublu Ukraynanın şərqində müstəqilliyini elan edən qondarma respublikalarda yeni torpaqlar fəth etməyə davam edir”.
Axar.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb. Agentlik artıq Ukraynanın şərqində rus rublundan istifadənin artdığını qeyd edib:
“Donetsk supermarketlərində yalnız rus rublunun istifadə olunduğu kassalar var. Avtobus və tramvay biletlərində Ukrayna qrivnasından Rusiya rubluna keçid baş tutur. Artıq yanacaqdoldurma məntəqələrində də rublla ödəmə qəbul olunur. Çünki separatçı müştərilər zirehli texnikalarını yanacaqla doldurarkən rubldan istifadə edirlər. Ukraynanın şərqində rublun istifadəsinin artması problemli bölgələrin mərkəzi hökumətin idarəsindən daha da uzaqlaşdıqlarını göstərir”.
Amerikalı analitik Klif Kupçan isə “rubldan istifadənin artması Rusiyanın Ukraynanın şərqindəki fəaliyyətlərini davam etdirəcəyini göstərir”, - deyə bildirib.