Polis Baltimorda 50-dən çox nümayişçini saxlayıb
Tarix: 2-05-2015, 11:24 | Çap et
Polis Baltimorda 50-dən çox nümayişçini saxlayıb
Baltimor polisi nümayiş keçirən 50 nəfəri saxlayıb.

APA-nın məlumatına görə, nümayişçilər Merilend ştatı prokurorluğunun afroamerikalı Freddi Qreyin ölümü ilə bağlı 6 polis əməkdaşını cinayət məsuliyyətinə cəlb etmək barədə verdiyi qərarla əlaqədar aksiya keçiriblər.

Yerli polis çavuşu Cerron Cekson “Associated Press”ə bildirib ki, ümumilikdə polis 53 nəfəri saxlayıb, onlardan 15-i komendant saatı rejimini pozmaq təqsirli bilinir.

Minlərlə nümayişçi şəhərin küçələrində yürüş təşkil edib, axşam saatlarında isə şəhər bələdiyyəsinin qarşısına toplaşıb. Yerli vaxtla saat 22:00-da komendant saatının başlamasından 10 dəqiqə sonra polis etirazçılara tərəf yürüməyə başlayıb.

Xatırladaq ki, afroamerikalı Freddi Qrey Baltimorda polis tərəfindən aprelin 12-də saxlanılıb. Polis avtomobilində yarım gəzdirildikdən sonra o, hospitala yerləşdirilib, bir həftə sonra isə orada ölüb.

Prokurorun qərarı ilə Qreyi həbs edən 6 polisə qarşı cinayət işi başlanılıb. Afroamerikalının olduğu polis avtomobilini idarə edən polis zabiti ikinci dərəcəli qətldə və qəsdlə öldürmədə günahlandırılır. Prokurorluğun versiyasına görə, polis saxlanılan şəxsə xəsarət yetirmək məqsədilə avtomobili pis idarə edib.

Digər polislər isə qəsdlə törədilməyən qətl, hücum və qanunsuz saxlama maddələri ilə ittiham olunurlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net