Kerri Rusiyanı yenidən hədələdi
Tarix: 25-04-2015, 11:07 |
Çap et
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı Minsk razılaşmasının reallaşdırılması istiqamətində az səy göstərir.
Bu barədə AzVision.az “Frans Press” KİV-nə istinadən xəbər verir.
Dövlət katibinin sözlərinə görə, bununla əlaqədar olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi məsələsi nəzərdən belə keçirilmir.
“Hazırda Rusiya tərəfinin hər hansi bir sanksiyanın ləğv edilməsi barədə arzuları isə yolverilməzdir”, - deyə Kerri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya qarşı təzyiqlər davam etdirilməlidir.