Rusiya dövləti Svetlana Davudovadan üzr istəyib
Tarix: 24-04-2015, 12:15 |
Çap et
Rusiyada dövlətə xəyanətdə ittiham olunan qadından üzr istənilib. Svetlana Davydova-nın Ukrayna səfirliyinə zəng edərək Rusiya əsgərlərinin mümkün dislokasiyası barədə məlumat verdiyi iddia olunurdu.
Aprelin 24-də Ekho Moskvy radiostansiyası Davydova-nın Baş Prokurorluqdan aldığını dediyi məktubun surətini dərc edib. Ona qarşı ittihamlar yetərli sübut olmadığı üçün ləğv olunub.
Məktub aprelin 6-da Baş Prokuror Yury Chaika-nın köməkçisi tərəfindən imzalanıb. “Cinayət təqibinin vurduğu ziyana görə Sizdən, dövlət adına rəsmi şəkildə üzr istəyirəm”.
Davydova yanvarın 21-də Vyazma şəhərindəki evində saxlanmış, fevralın 3-də buraxılmışdı.
Ekho Moskvy-nın dərc etdiyi məktubda Davydova deyib ki, ona və ailəsinə “xəyanətkar və casus” damğası vurulub və dövlətin üzrxahlığını “mənə və ailəmə çirkab atan digərlərinin adından da verildiyini” hesab edir.