Obama İranı HƏDƏLƏDİ: “Rusiya raketləri sizi qoruya bilməyəcək”
Tarix: 22-04-2015, 10:34 |
Çap et
ABŞ prezidenti Barak Obama “MSNBC” telekanalına müsahibəsində Rusiyanın İrana satacağı “S-300” raketlərinin bu ölkənin nüvə obyektlərini ABŞ-ın zərbələrindən qoruya bilməyəcəyini deyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Obama İranı Yəməndəki hadisələrə görə də xəbərdar edib:
“Bizim hərbi büdcəmiz 600 milyard dollardan bir qədər azdır. Onların (İranın) büdcəsi isə 17 milyarddan çoxdur. Əgər iranlılar hava hücumundan müdafiə sistemi alacaqlarsa, ehtiyac yaransa, biz bu maneəni (müdafiəni) dəf edəcəyik. Yəmən məsələsində isə İrana demişik ki, problemin bir hissəsi yox, problemin həllində bir tərəf olsunlar”.
İranın nüvə razılaşmasına toxunan Obama bu məsələdə əsas istəklərinin İsrail və Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələrinin təhlükəsizliyinin təmin olunması olduğunu xatırladıb.
Rusiya Müdafiə Nazirliyi bu ilin sonuna qədər İrana “S-300” zenit-raket kompleksinin satılacağını anons edib.