İran: “Bu raketlərlə ABŞ-a imkan verməyəcəyik”
Tarix: 15-04-2015, 10:17 |
Çap et
“Biz tam şəkildə Rusiyaya güvənə bilərik”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin sədr məsləhətçisi Hüseyn Şeyxülislam çıxış edib.
Onun sözlərinə görə, Putinin C-300 raketlərinin İrana verilməsi ilə bağlı qadağanı götürməsi möhtəşəm addımdır:
“2010-cu ildə Rusiyanın bu qurğuları bizə verməməsindən sonra çoxlarında Moskvaya qarşı inamsızlıq yaranmışdı. Hazırkı qərardan sonra bu inamsızlıq tamamilə ləğv olundu. C-300-lər sayəsində biz ABŞ və onun müttəfiqlərinin regionda genişlənib, öz mövqelərini diktə etməsinə icazə verməyəcəyik”.