Bakı təhsil idarəsinin müdirinə iki yeni müavin təyin olunub
Tarix: 5-03-2021, 11:40 | Çap et
Bakı təhsil idarəsinin müdirinə iki yeni müavin təyin olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar olub.

İdarədən "Report"a verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Xəyalə Əhmədzadə və Orxan Kərimov qurumun müdir müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net