Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
Tarix: 16-01-2021, 12:20 | Çap et
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək

Yanvarın 25-i saat 00:00-dan başlayaraq ölkə ərazisində bir sıra iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) bərpa olunacaq. Həmin tarixdən bərbərxanalar, gözəllik salonları fəaliyyət göstərməyə başlayacaq, muzeylər və sərgi zalları açılacaq. Həmçinin şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək.

Qeyd edək ki, Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan Nazirlər Kabineti sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yanvarın 18-dən yumşaldılmasını qərara alıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net