Səfir: “Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Türkiyəyə güc verir”
Tarix: 15-09-2020, 11:05 | Çap et
Səfir: “Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Türkiyəyə güc verir”

“Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza və mənfəətlərimizə əsaslanır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Türkiyə səfiri deyib ki, Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Türkiyəyə güc verir: “Biz bununla fəxr edirik. Zatən, qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net