AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb
Tarix: 8-07-2020, 18:28 | Çap et
AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

"Report"un məlumatına görə, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat verib.

"Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim", - aparıcı qeyd edib.

Qeyd edək ki, AzTV-nin 10 əməkdaşı koronavirusa yoluxub. Onlardan 2-si evə buraxılıb, 2-si vəfat edib. Digər 6 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net