Abşeron icra hakimiyyətindən yazdıqlarımıza REAKSİYA
Tarix: 25-05-2020, 18:52 | Çap et
Abşeron icra hakimiyyətindən yazdıqlarımıza REAKSİYA
Bəzi kütləvi informasiya vasitlərində “Azərbaycanda şəhidlər bulağında qoyun saxlayırlar” başlığı altına həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Vertikal.Az xəbər verir ki, yazıda Abşeron rayonunun Görədil kəndindəki “Qarabağ şəhidlər bulağı”nın ətrafında guya qoyun sürüsünün saxlanılması ilə bağlı informasiya verilib. Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Görədil kəndindəki Şahilər abidəsinin ərazisi aqlay daşlarla döşənib, abadlaşdırılmışdır. Sözügedən ərazidə ümumiyyətlə ot-alağın bitməsi və heyvanların otarılması üçün hər hansı yer mövcud deyildir. Bunu ərazinin fotoşəkillərindən və video görüntüsündən də açıq şəkildə görmək mümkündür. Şahədlər kompleksinə daxil olmayan onun arxa tərəfində isə istifadədə olmayan köhnə kənd qəbiristanlığı yerləşir. Bu ərazidə isə ara-sıra kənd camaatı tərəfindən heyvanların otarılması halları müşahidə edilir. Bununla bağlı kənd camaatına xəbərdarlıq edilib.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net