“Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya!
Tarix: 25-12-2018, 11:27 | Çap et
“Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya!
“Nar” Yeni ilə yeni smartfonla başlamaq istəyən abunəçilər üçün xüsusi kampaniyaya başlayıb. Dekabrın 24-dən yanvarın 4-nə kimi From.ae/nar səhifəsindən 4G smartfonu alan hər bir “Nar” istifadəçisi 10 GB-dək internet paketi və pulsuz çatdırılma əldə edəcək. Bu kampaniyaya qoşulmaqla abunəçilər yeni telefon əldə etməklə yanaşı, ölkənin ən geniş şəbəkələrindən birinə malik olan “Nar”-ın sürətli 4G internetindən yararlana biləcəklər. Bunun üçün yuxarıda qeyd edilən saytın səhifəsindən 4G smartfonunun sifarişindən sonra qeyd edilən “Nar” nömrəsinin promo kodu təqdim olunacaq. Bu promo kodu SMS vasitəsilə 4565 qısa nömrəsinə göndərməklə aktiv internet paketinə uyğun 4G internet bonusu hədiyyə ediləcək.

Qeyd edək ki, internet paketi 15 gün ərzində aktiv olacaq. Kampaniya haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net