12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi
Tarix: 12-11-2018, 13:09 | Çap et
12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi
Noyabrın 11-də Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.

Tədbiri giriş sözü ilə Tətər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Tədbirdə çıxış edən rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Mərkəzi Xəstəxananın baş həkiminin müavini Mətanət Hüseynzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirdilər.

12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi
12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net