Sarov kəndində səyyar-qəbul görüş
Tarix: 20-10-2018, 08:37 | Çap et
Sarov kəndində səyyar-qəbul görüş
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.

Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Mayıl Aslanov, Nadir Şirinov, Rüfət İsmayılov, Tofiq Quliyev, Günay İmanova və başqaları kənddə suvarma və içməli su təchizatı, telefon və işıq xətlərinin təmiri, məktəbin istilik sisteminin dizel yanacağından qaz yanacağına keçirilməsi, kəndarası yolların asfaltlanması, həyətyanı sahələrinə gələn arxın yenidən çəkilməsi və digər şəxsi məsələlər barədə müraciətlər etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirdi.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Vertikal.Az

Sarov kəndində səyyar-qəbul görüş
Sarov kəndində səyyar-qəbul görüş
Sarov kəndində səyyar-qəbul görüş



Alıntı
  • Grubu: Ziyaretçi
  • ICQ:
  • Kayıt tarihi: --
  • Durumu:
  • Yorumları: 0
  • Makaleleri: 0
^
Извините после то, что вмешиваюсь… У меня похожая ситуация. Позволительно обсудить. Пишите здесь тож в PM.

требуются дропы
Что-то у меня личные сообщения не отправляются, ошибка какая то

раздача дедиков


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-10-2018 08:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net