Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Tarix: 10-05-2018, 13:46 | Çap et
Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Dünyanın tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə Ulu Öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır. Bu illərdə Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsal sahələri, iri qəsəbələr, mikrorayonlar, mehmanxanalar, metro stansiyaları, toxuculuq kombinatları tikilib istifadəyə verilib, neftayırma müəssisələri tamamilə yenidən qurulub, elektrotexnika, radiotexnika zavodları inşa edilib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranıb. Həmin dövrdə Tərtər ildə 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesi dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, 2300 ailəyə həyətyanı torpaq sahəsi verilib. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsalı zavodları, Sərsəng su anbarı məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə tikilib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibi olan dövlətlərdən birinə çevrilib.

Konfransda Tərtər Hərbi Prokuroru Fuad Məmmədovun “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi”, polis şöbəsinin rəisi Rauf Məcidovun

“Ulu Öndər və Azərbaycan polisi”, rayon prokuroru Şıxəli Alməmmədovun “Heydər Əliyevin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğı”, YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədovun “Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərovanın “Ulu Öndər və Azərbaycan təhsili”, “Yeni Tərtər” qəzetinin redaktor müavini Sivetlana Bağırovann “Ümummilli lider və Azərbaycan mətbuatı”, kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevin “Heydər Əliyev və aqrar sahə”, Heydər Əliyev Mərkəzinin elmi işçisi İradə Əkbərlinin “Heydər Əliyev və milli mədəniyyətimiz”, MRX-nın təcili tibbi yardım şöbəsinin müdiri Gülarə Camalovanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, “Heydər Əliyev-95” inşa yazı müsabiqəsinin qalibi, şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Nilifər Hüseynzadənin, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Şəhram Quliyevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxışları dinlənilib.

Tədbirdə Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin və ən yaxşı təqdimat layihəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olmuş gənclərə üzvülük vəsiqələri verilib. Sonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gəlmiş “Elegiya” filminə baxış olub
Vertikal.Az





Xəbərlər
 
 
 
 
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net