Tərtərli məktəblilər Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
Tarix: 11-11-2017, 09:57 | Çap et
Tərtərli məktəblilər Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Rayonu təmsil edən 40 nəfər məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar.

Noyabrın 11-də Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərindən ibarət qrupun yola salınması mərasimi keçirilib.

Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanı məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə geniş məlumat verərək, tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə edib və mənalı istirahət arzulayıb.

M.Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsindən də bəhs edib, 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurları, “Böyük qayıdış”ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə söhbət açıb.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən iri layihələrdən də danışıb, Heydər Əliyev neft strategiyasının əsasını təşkil edən “Əsrin kontraktı”nın uzadılmasının, TAP və TANAP layihələrinin uğurla icra olunmasının, bu günlərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın Şimal bölgəsinə yola düşüblər.
Vertikal.Az



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net