İsmayılbəyli kəndində səyyar qəbul-görüş keçirildi
Tarix: 6-10-2017, 10:38 | Çap et
İsmayılbəyli kəndində səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kəndində səyyar qəbul-görüşü oldu.

Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Rayon rəhbəri əvvəlcə müəllimləri peşə bayramları münasibəti ilə təbrik etdi. Onlara gənc nəslin təlim-tərbiyəsində uğurlar dilədi. Sonra İsmayılbəyli kənd İƏD üzrə nümayəndənin müavini Elməddin Səfərov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Kənd ağsaqqalı Lətif Məmmədov çıxış edərək qonaqlara “xoş gəldiniz”, dedi. Kənd sakinlərinə göstərilən diqqət və qayğını dilə gətirdi, kəndə fasiləsiz qaz, işıq verilməsindən razılıq etdi. Görülən işlərə görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi.

Sonra sakinlərdən Vüqar Əsədov, Həsən Əsgərov, Vidadi Musayev kənddə mövcud olan bəzi problemlərdən danışdılar. Onlar köhnəlmiş elektrik xətlərinin və naqillərin dəyişdirilməsi, suvarma suyu üçün 1 ədəd subartezian quyusunun qazılması, kəndarası yolun təmiri, Ayişə Məmmədova isə işlə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən danışdı, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Vertikal.Az

İsmayılbəyli kəndində səyyar qəbul-görüş keçirildi



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net