Erməni idmançını məğlub edən Qəhrəman Tərtərin boksçusu Avropa birinciliyində bürünc medal qazanıb
Tarix: 29-09-2017, 08:51 | Çap et
Erməni idmançını məğlub edən Qəhrəman Tərtərin boksçusu Avropa birinciliyində bürünc medal qazanıb
Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən, 32 ölkədən 260 boksçunun qatıldığı Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb.

Yarışda Tərtər rayonundan iki idmançı - Murad Allahverdiyev və Elşən Cəbizadə Azərbaycanı təmsil edib. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda erməni idmançını məğlub edən Murad yarımfinalda Bolqarıstandan olan boksçuya məğlub olaraq, üçüncü yerlə kifayətlənib. Muradın məçqçisi Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinin müəllimi Faiq Məmmədovdur.

Qələbə ilə geri dönən Murad rayonda böyük coşqu ilə qarşılandı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc idmançını qazandığı qələbəyə görə təbrik edərək, onu qiymətli hədiyyə ilə təltif etdi.
Vertikal.Az

Erməni idmançını məğlub edən Qəhrəman Tərtərin boksçusu Avropa birinciliyində bürünc medal qazanıb
Erməni idmançını məğlub edən Qəhrəman Tərtərin boksçusu Avropa birinciliyində bürünc medal qazanıb
Erməni idmançını məğlub edən Qəhrəman Tərtərin boksçusu Avropa birinciliyində bürünc medal qazanıb





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net