Rəcəbli kəndində səyyar qəbul-görüş keçirildi
Tarix: 16-09-2017, 07:19 | Çap et
Rəcəbli kəndində səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Rəcəbli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Rayon rəhbəri əvvəlcə məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik etdi, məktəbə yeni qədəm basmış birincilərə uğurlar dilədi.

Sonra Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Kənd ağsaqqalı Sadıq Tağıyev çıxış edərək qonaqlara “xoş gəldiniz”, dedi. Rəcəbli kənd ümumi orta məktəbin direktoru Mayıl Aslanov məktəbin əsaslı təmir olunmasından danışdı, təhsilə, kənd sakinlərinə göstərilən diqqət və qayğını dilə gətirdi. Görülən işlərə görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi.

Sonra sakinlərdən Qəzənfər Şirinov, Ələddin Hacıyev, Azər Rəhimov, İsrail Mahmudov kənddə mövcud olan bəzi problemlərdən danışdılar. Onlar kəndə telefon, qaz çəkilməsi, köhnəlmiş elektrik xətlərinin və naqillərin dəyişdirlməsi, əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün 2 subartezian quyusunun qazılması, kəndarası və qəbiristanlığa gedən yolun təmiri ilə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən danışdı, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Vertikal.Az

Rəcəbli kəndində səyyar qəbul-görüş keçirildi
Rəcəbli kəndində səyyar qəbul-görüş keçirildi
Rəcəbli kəndində səyyar qəbul-görüş keçirildi
Rəcəbli kəndində səyyar qəbul-görüş keçirildi





Xəbərlər
 
 
 
 
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net