“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
Tarix: 16-09-2017, 07:10 | Çap et
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi üçün ikiqat bayrama çevrildi. Yeni tədris ilində 420 şagird yerlik Seydimli kənd tam orta məktəbi üçün tikilmiş 260 şagird yerlik, 13 sinif otağından ibarət əlavə korpus istifadəyə verildi.

Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev respublika prezidentinin təhsilə göstyərdiyi diqqət və qayğıdan danışaraq təhsil işçilərinə yeni tədris ilində müvəfəqqiyyətlər arzuladı. Sonra Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin nümayəndəsi Vəli Albəndov, məktəbin direktoru Nurəddin İbrahimov, valdeyinlərdən Ələddin Süleymanov, məktəbin VII sinif şagirdi Asiman İsayeva çıxış edərək öz ürək sözlərini və təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsində yaşayan insanlara, məktəblilərin təhsilinə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi olaraq vurğuladı. Qeyd olundu ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Hazırda Respublika Prezidentinin Sərəncamı ilə şəhər 6 saylı tam və Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri aparılır. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblərin tikintisi başa çatmaq üzrədir. Mamırlı kənd tam orta məktəbinin idman zalında isə təmir bərpa işləri aparılır. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ildən-ilə təhsildə uğurlar artır.

Sonra rayon rəhbəri və qonaqlar yeni istifadəyə verilmiş bina və sinif otaqlarıi ilə tanış oldular, birinciləri təbrik etdilər.
Vertikal.Az

“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Seydimli məktəbliləri ikiqat bayram sevinci yaşadılar



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net