28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi
Tarix: 26-05-2017, 16:44 | Çap et
28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi
Mayın 26-da YAP Tərtər Rayon Təşkilatının inzibati binasında Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təçkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi.

“Dəyirmi masa”nı giriş sözü ilə YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq 28 May Respublika Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində dövlət quruculuğu, qanunçuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin uzun tarixi müddətdən sonra bərpasından danışdı.

R.Şabanov qeyd etdi ki, 28 aprel 1920-ci ildə Rusiya imperisyasının kobud müdaxiləsindən sonra öz dövlətçilik müstəqilliyini itirən Azərbaycan sonrakı 71 il ərizndə Sovetlər Birliyinin tərkibində fəaliyyət göstərmişdir.

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra yenidən müstəqillik əldə etmək şanısını o dövrdəki Respublika rəhbərliyinin səriştəsiz və bacarıqsızlıqları ucbatından yenidən itirmək təhlükəsi yarandığından 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi nüfuz və bacarığı sayəsində bu günkü Azərbaycanın təməli qoyuldu, Azərbaycan daxili çarpışmalardan, kürsü davasından, parçalanmadan, bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsindən qurtuldu.

Qısa zaman ərzində Azərbaycan dövlətinin hər tərəfli inkişafını təmin edəcək tədbirlər görüldü. Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətdir.

“Dəyirmi masa”da çıxış edən rayon Təhsil şöbəsinin əməkdaşı İntiqam Nuruyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, ali məktəblərin bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarından Cümşüd Qurbanov, Tural Yunisli, Fəridə Arazzadə, şəhər 6 saylı məktəbin müəllimi Çimnaz Əliyeva və başqaları çıxış edərək 28 May Respublika Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağından danışdılar.

28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net