Bakıda küçə ticarətinə qarşı reydlər başladı
Tarix: 25-04-2017, 16:43 | Çap et
Bakıda küçə ticarətinə qarşı reydlər başladı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti paytaxt ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlərə başlayıb.

Bu barədə Trend-ə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, İslamiada ilə bağlı bəzi ticarətçilərə icazələrin verilməsi dayandırılıb:

"İstisna hallarda bəzi parklarda, bağlarda, insanların hərəkətinə və rahatlığına maneçilik törətməyən ərazilərdə küçə ticarətinin satışına icazə verilir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxta xarici turistlərin gəlişinin çoxluğunu nəzərə alaraq, artıq həmin hallarda da ticarətə icazə verilməsi dayandırılıb. Bu məsələlərə Oyunlar başa çatandan sonra yenidən baxılacaq".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net