Bərdədə “Müasir dövrün erkən nikah problemi” layihəsi həyata keçirilir
Tarix: 14-07-2016, 13:26 | Çap et
Bərdədə “Müasir dövrün erkən nikah problemi” layihəsi həyata keçirilir
“Gənclərin Elmi İnkişafına Dəstək” İB region gəncləri üçün təlimlərə başlayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Bərdə şəhərində “Müasir dövrün erkən nikah problemi” layihəsinin icrasına start verilib. Bu barədə Birlikdən verilən məlumata görə layihənin əsas məqsədi – Bərdə şəhərində ailə institutlarının qorunması və gücləndirilməsi məqsədilə əhalinin maarifləndirilməsi, ictimai müzakirələrin keçirilməsi, problemlərin çözüm yollarını göstərən seminarların/kursların, əhalinin bu istiqamətdə hüquqi biliklərinin və vərdişlərinin artırılması üçün tədbirlərin həyata keçirilməsidir.

Beləki, əhalinin maarifləndirilməsində təlimçi kimi iştirak edəcək iştirakçıların problem kimi qoyulmuş mövzu haqqında təlimatlandırması üçün 6 günlük təlim/seminar təşkil olunacaq. Layihənin hazırlıq mərhələsində Bərdə şəhərində həyata keçiriləcək işlər üçün lazımı çap materiallarının nəşri, görüşlərin yeri və vaxtı, orada iştirak edəcək iştirakçıların (o cümlədən (layihəyə cəlb ediləcək gənclərin siyahısının tərtib olunması) və qonaqların müəyyən edilməsi, eləcə də, layihə haqqında geniş ictimaiyyəti məlumatlandırmaq üçün hazırlanmış press-relizlərin KİV-lərə, müvafiq dövlət, beynəlxalq təşkilatlara və QHT-lərə yayılması işləri yerinə yetiriləcəkdir.
Qeyd edək ki, layihənin müddəti üç aydır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net