İcra başçısı Lerikin kəndlərini bilərəkdən neçə gündür işıqsız qoyub
Tarix: 25-01-2016, 09:20 | Çap et
İcra başçısı Lerikin kəndlərini bilərəkdən neçə gündür işıqsız qoyub
“Lerikin kəndləri neçə gündür işıqsız qalıb”. Lerikdən Bizimxeber.az-a daxil olan məlumata görə, günlərdir Zuvuc, Zovnə, Gəndov, Ceşman, Buludul, Osyodərə, Biləvər və Çivlə kəndləri qaranlığa qərq olub. Sakinlər bildirir ki, rayonda heç bir təbii fəlakət, külək, çovgün, qar yoxdur. Buna baxmayaraq kəndlərə heç bir əsas olmadan işıq verilmir.
Məlumatda qeyd olunur ki, problem bilərəkdən yaradılıb və icra başçısı Rövşən Bağırovun göstərişinə əsasən kəndlər işıqsız qalır. Bunun niyə edilidiyinin səbəblərini də bilməyən kənd sakinləri mətbuat vasitəsilə ölkə prezidenti İlham Əliyevdən kömək istəyirlər.
Araşdırmalarımız davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net