Etibar Pirverdiyevə «prezidentim» deyən müəsissə rəhbəri kimdir?-SUMQAYITDA
Tarix: 19-02-2016, 09:26 | Çap et
Etibar Pirverdiyevə «prezidentim» deyən müəsissə rəhbəri kimdir?-SUMQAYITDA
“AzərEnerji” ASC-nin “Sumqayıt Elektrik Stansiyası” MMC-nin direktoru Mahir Xeyirxəbərov dövlət başçısının verdiyi tapşırıqların əleyhinə gedir. JAM.AZ xəbər verir ki, bu sözləri Teymur Səlimov sözügedən qurumda baş verənlərlə bağlı göndərdiyi müraciətində yazıb.

Onun iddiasına görə, MMC-nin direktoru hər yerdə Mən prezidentim Etibar Pirverdiyevin göstərişini yerinə yetirirəm” deyir. Teymur Səlimov vurğulayıb ki, dövlət başçısının işsizliyi aradan qaldırmaq üçün verdiyi göstərişin tam tərsinə olaraq, Xeyirxəbərov işçiləri işdən çıxarmaqla məşğuldur. Və bunu qənaət etmələri ilə əsaslandırmağa çalışır.

O qeyd edir ki, ayda 150 manat maaşla dolanan fəhlə, xadimə, bağban və digər işçiləri işdən çıxaran müəssisə rəhbəri bəzi özbaşınalıqlara da əl atır. «Bu gün Sümqayıt Elektrik Stansiyasında pensiya ala-ala iş başında qalanların sayı heç də az deyil. Onların arasında elələri var ki, adi fəhlədən 5-10 dəfə çox maaş alır. Amma onları işdən çıxarmaq barədə heç düşünülmür. Gənc kadrlardan işdən çıxmaları ilə bağlı zorla ərizə alınır».

Sumqayıt Elektrik Stansiyası” MMC-nin işçisi «qənaət etmək lazımdır» «devizi»nin əksinə olaraq, onun ayda 2500 manat maaşından kəsməsinin vacib olduğunu qeyd edir. «Xeyirxəbərov işə 80 min manatlıq avtomobilə gedib, gəlir. Əgər qənaət etmək lazımdırsa, o zaman xarici deyil, yerli istehsalın məhsullarından istifadə etmək ən optimal yoldur».

Teymur Səlimov vurğulayır ki, M.Xeyirxəbərov bir müddət əvvəl «Azərenerji» QSC-nin prezidenti Etibar Pirverdiyev tərəfindən işdə yol verdiyi yeyinti hallarına görə işdən azad edilib. «Lakin sonradan vəzifə başına keçən bu adam MTN-in generalı Akif Çovdarovun dəstəyini alaraq, yenidən işə qayıdıb. Bu adam hər yerdə bəyan edir ki, «Mənə 100 yerdən göstəriş gəlir. Mən Seçki Məntəqəsinin sponsoruyam. Mənim problemlərim sizinkindən çoxdur». Maraqlıdır, Seçki Məntəqələrini Xeyirxəbərov maliyyətləşdirir, yoxsa MSK?»

Sumqayıt Elektrik Stansiyasının işçisi sonda dövlət başçısına müraciət edərək bildirir ki, Mahir Xeyirxəbərovla bağlı araşdırılma aparılmasına və sözügedən qurumda ixtisarlara son qoyulmasına yardımçı olsun.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net