"Azərişıq" sədrinin adamı sahibkarları "tok"a verir - Qaradağda
Tarix: 25-01-2016, 09:17 | Çap et
"Azərişıq" sədrinin adamı sahibkarları "tok"a verir - Qaradağda
Azərişıq ASC barədə şikayətlər səngimir. Qurumun Qaradağ rayon şöbəsinin sədri Canəhməd Əhmədov sahibkarların canını alır.

Vertikal.az yenimeydan.info-ya istinadla xəbər verir ki, bir sıra kommersiya obyektlərinin və daş karxanalarının qəniminə çevrilmiş Əhmədov sahibkarları əsassız olaraq incidir.
Sahibkar Mircəfər Əsgərov deyib ki, iş dayanıb: “Obyektlərə elektrik enerjisi verilmir. Halbuki işıq pullarımızı vaxtı-vaxtında ödədiyimiz halda əlavə pul tələb olunur. Dəfələrlə Canəhməd müəllimin yanında olmuşuq. Amma heç bir müsbət təsiri olmayıb. Dediklərindən belə qənaətə gəldik ki, ona bu səlahiyyəti Azərişıq ASC-nın sədri Baba Rzayev verib”.


Məlumatlarda bildirilir ki, rayonun karxanalarından və digər müəssisələrindən əldə etdiyi vəsaitlər hesabına Canəhməd Əhmədov bir çox kommersiya obyektlərinin sahibinə çevrilib. Belə ki onun saysız-hesabsız obyektləri, restoran, otelləri var. Qarşı tərəfi dinləyib, mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net