«ƏSMM-in direktoru məndən 600 manat istəyir»
Tarix: 2-12-2015, 10:02 | Çap et
«ƏSMM-in direktoru məndən 600 manat istəyir»
Son günlər Laçın rayon Sosial Müdafiə Mərkəzi və onun direkğoru Arif Feyzullayevlə bağlı davamlı olaraq şikayətlər daxil olur. JAM.AZ-a müraciət edən rayon sakinləri mərkəz direktorunun özbaşınalıqla məşğul olduğunu, rüşvət və korrupsiyaya qurşandığını iddia edirlər.

Bu gün daha bir Laçın sakini yerli ƏSMM-lə bağlı JAM.AZ-a şikayət edib. Əlövsət Baxşəliyev yazır ki, 2013-cü ildə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyində mərkəzin direktoru Arif Feyzullayev ondan 400 manat istəyib. «Həmin pulu verdim. 2014-cü ildə yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etdiyimdə direktor dedi ki, 450 manat verməsəm mümkün deyil. Məcbur olub ki, həmin pulu tapıb verdim. 2015-ci ilin aprel ayından növbəti dəfə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyimdə, məndən 600 manat istədilər. Verə bilmədiyim üçün ünvanlı sosial yardımımı kəsdilər».

Baxşəliyev bildirir ki, o, başına gələnlərlə bağlı Laçın rayon icra başçısının müavini Tofiq müəllimin qəbulunda olub və dərdini ona danışıb. «Lakin bu müraciətlərimin heç bir xeyri olmadı. Arif Feyzullayev heç kimi eşitmədi».

Laçın sakini qeyd edir ki, bu gündən etibarən rayon ƏSMM-dən ünvanlı sosial yardım alan varlı şəxslərin adlarını açıqlamağa başlayacaq. O qeyd edib ki, hal hazırda Laçın sakini olan, qapısında 40-50 iri buynuzlu heyvanı və bahalı maşını olan şəxslər ünvanlı sosial yardım alırlar. «Həmin insanlar zamanında pul verdikləri üçün Arif Feyzullayevin sayəsində hər ay 200-250 manat yardım alırlar».

Əlövsət Baxşəliyev yekunda vurğulayır ki, o, müəllim işləyir və aylıq əmək haqqısı 130 manatdır. Eyni zamanda, üç övlad atasıdır və aylıq əmək haqqısı dolanışıqları üçün yetərli deyil. Həmçinin həyat yoldaşının ağır xəstə olması halı da var ki, bu durumu daha da ağırlaşdırır. «Aldığım əmək haqqı yoldaşımın dərmanlarının xərcini belə ödəmir. İndi sual edirəm ki, 130 manatla üç uşağı və bir xəstə həyat yoldaşını necə dolandırım? Başıma gələnlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Qaynar Xətti»nə iki dəfə zəng vurmuşam. Onlar da heç bir tədbir görməyiblər».

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net