İcra başçısı Heydərovla Məmmədovu üz-üzə gətirdi - Siyası şantaj, yoxsa...
Tarix: 26-05-2015, 09:47 | Çap et
İcra başçısı Heydərovla Məmmədovu üz-üzə gətirdi - Siyası şantaj, yoxsa...
Binəqədidə baş verən faciəli yanğın hadisəsi diqqəti sözügeddən prayonun icra başçısı Xaləddin İsgəndərovun üzərinə yönəldib. Artıq ölkənin müxtəlif təbəqələrindən, hətta Milli Məclisin deputatları səviyyəsində baş verənlərə görə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun vəzifədən alınmasının vacibliyi gündəmə gətirilib.

Mia.az xəbər verir ki, «ox»un Xaləddin İsgəndərova açıldığı bir anda icra başçısının mətbuata müsahibə verib, yanan binaya vurulan üzlüyün səbəbkarının Fövqəladə Hallar Nazirliyi olmasını yüksək səslə qabartması, vəziyyətinin ciddiliyi ilə yanaşı, həm də hakim qruplar arasında savaşdan qaynaqlanır.

Məlumatlı şəxs deyir ki, Xaləddin İsgəndərovun belə bir açıqlama verməsi əvvəlcədən planlanmış formada olub:

«Mətləbə keçməzdən əvvəl qeyd edim ki, Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. Çox maraqlıdır ki, bəzi mətbu orqanlarında yayılanların əksinə olaraq, bir ildən çoxdur Fazil Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun arasında ciddi gərginlik yaranıb. Baxmayaraq ki, Fazil Məmmədov vaxtı ilə məhz Heydərovun dəstəyi ilə nazir kürsüsünə sahiblənib. Amma son illər vəziyyət dəyişib, vergilər nazirinini bir neçə məsələdə Kəmaləddin Heydərova "dönük” çıxması vəziyyəti kəskin dəyişdirib. Hətta bir ara vergilər nazirinin Kəmaləddin Heydərovun qəbuluna getdiyi və «fövqəlnazir»in onu qəbul etmədiyi də ən ciddi şəbəkələrdə yayılıb. İndisə Binəqədinin icra başçısı yanan binaya vurulan üzlüklə bağlı suala «Bunu Fövqəladə Hallar Nazirliyi deyə bilər. Bu sahə üzrə fəaliyyət göstərən şirkətlər var. Onlara xüsusi lisenziya verilir - olar, olmaz, necə olar... Bu, mənim işim deyil. İcra hakimiyyəti olaraq baxırıq ki, hansının sertifikatı var, yoxdur. İşləməyə xüsusi lisenziyası varmı?», - deyə, cavab verərək, birbaşa Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyi hədəfə gətirir. Əlbəttə, ilk baxışdan burada qəribəlik axtarmaq sadə oxuculara çətin gələr. Amma yuxarıda qeyd etdiyimiz kimi, icra başçısının təyinatında müstəsna rol oynayan Fazil Məmmədovla Kəmaləddin Heydərovun arasındkı gərginlik fonunda bu ittihamın nə qədər ciddi olduğu göz önündədir. Xüsusi ilə prezident səviyyəsində komissiya yaradılaraq, faciəli yanğının səbəblərinin araşdırılması və həbslərin hər gün genişləndiyi bir məqamda Xaləddin İsgəndərovun bu açıqlaması, təkcə özünü qorumaq cəhdi deyil. Bu, qruplararası savaşın təzahüru olmaqla, həm də vəziyyətin kritikliyindən xəbər verir. Yəni icra başçısı «nişangahı»ı genişləndirməklə, ipin ucunu Kəmaləddin Heydərovun rəhbərlik etidiyi nazirliyin boğazına dolamaqla, bir növ müdafiə səngərini dərinləşdirməyə çalışır. Bu, həm də siyasi şantaj hesab oluna bilər».

Müsahibimiz deyir ki, icra başçısının suçu öz üzərlərindən Kəmaləddin Heydərovun üzərinə yönəltməklə, başqa məqsədinin olması da istisna deyil:

«Yəqin bəzi mətbu orqanlarında oxumusunuz ki, binaların üzünə vurulan yanan materialların istehsalının arxasında elə Fazil Məmmədovla Xaləddin İsgəndərovun özü durur. Daha dəqiqi, iddialara görə, onların bir neçə üzlük sexi var. Arada həbs olunan "Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudovun hətta bu cütlüyün sexlərindən material aldığı haqda da xəbərlər yayılıb. Yəni Xaləddin İsgəndərov indi diqqəti Fövqəladə Hallar Nazirliyinin üzərinə yönəltməklə, həm də bu sex məsələsindən də yaynmağa cəhd edə bilər. Bildiyimə görə, bu sex olayı da ciddi araşdırılır. Və bu məsələdə Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi nazirlik çox israrlı tələblər irəli sürürlər. Təbii ki, bu da tərəflər arasındakı savaşı pik nöqtəyə çıxarır...».

Məllumatlı şəxs iddia edir ki, yanğın hadisəsi Kəmaləddin Heydərovla Fazil Məmmədovun qrupu arasında vəziyyəti həddən artıq kəskinləşdirib: "İndi hər iki nazir nəkcə postlarını deyil, həm də ən sadiq adamlarını həbslərdən qorumağa çalışırlar. Hətta elə durum yaranıb ki, yanğın hadisəsinin genişlənməsinə səbəb olan keyfiyyətsiz üzlüklərə görə, hər iki qrupun üzvlərindən bir-birinin üzünə duranlar da olub. Hələlik bu barədə danışmaq istəmirəm. Ancaq görəcəksiniz ki, bu yanğın olayı bu iki nazirdən birini bitirəcək!”.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net