Vətəndaş Gəncə DSMF-dən narazılıq edir - Müraciət...
Tarix: 23-12-2020, 13:48 | Çap et
Vətəndaş Gəncə DSMF-dən narazılıq edir - Müraciət...

Gəncə şəhər, Gülüstan qəsəbəsi, bina 56, ev 20 ünvanında yaşayan Əfqan Məmməd oğlu Allahverdiyevin pensiya təyinatında problem yaranıb. O, 2019-cu ilin sentyabr ayının 30-da Gəncə şəhərində avtomobil qəzası keçirib, sağ əli çiynindən aşağısı qəlpələrə bölünərək qırılıb. Hazırda sağ qolu demək olar ki, hərəkətsiz vəsiyyətdədir. Sol qolu da əvvəldən problemli olduğu üçün qəza nəticəsində o da demək olar ki, işlək vəziyyətdə deyil. Əfqan Allahverdiyev, həmçinin şəkərli diabet xəstəsidir.

DİA.AZ bildirir ki, sadalanan xəstəliklərə görə, Əfqan Allahverdiyevin fiziki vəziyyəti ağırlaşıb və demək olar ki, iş qabiliyyətini itirib. O, pensiya hüququ almaq üçün sənədlərini qeydiyyatda olduğu Daşkəsən rayon Mərkəzi Xəstəxanasına təqdim edib. Ancaq göndərilən müraciətə xəstəxanadan imtina cavabı gəlib və səbəb kimi “müalicənin davam etdirilməsi” göstərilib.

Əfqan Allahverdiyev 1 ildən artıqdır ki, müalicə olunur, ancaq nəticəsi də göz qabağındadır. Hansı təkrar müalicədən söhbət gedir anlaşılan deyil ?




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net