Ağdam və Ağcabədidə partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlanılıb
Tarix: 12-11-2020, 12:48 | Çap et
Ağdam və Ağcabədidə partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlanılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Ağcabədinin yaşayış məntəqələrində partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuun Çəmənli, Sarıcalı, Əfətli, Kolqışlaq, Zəngişalı, Şükürağalı, Rzalar Ergi qəsəbəsi və Ağcabədi rayonunun Arazbar, Qiyaməddinli kəndlərinə və Ağ Göl Milli Parkının ərazisinə ağır artilleriyadan atdığı partlamamış hərbi sursatlar bu gün zərərsizləşdiriləcək. ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov APA-ya bildirib ki, daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net