“Tural Abbaslı partiya yaradarsa, Müsavatdan kənarlaşdırılacaq”
Tarix: 11-11-2015, 11:20 | Çap et
“Tural Abbaslı partiya yaradarsa, Müsavatdan kənarlaşdırılacaq”
“Tural Abbaslı partiya yaradacaqsa, Müsavatdan kənarlaşdırılacaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib. O bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı da daxil olmaqla, bəzi Müsavat üzvlərinin təsis etdiyi “Ağ blok” partiyaya çevriləcəksə, bu şəxslər Müsavatdan çıxarılacaq: “Belə bir hadisə baş verərsə, bu məsələ təbii ki, araşdırılacaq. Başqa partiyada təmsil olunan adamlar Müsavat Partiyasından çıxarılacaq. Müsavat Partiyasının üzvü digər partiyada təmsil oluna bilməz”.

Qeyd edək ki, T. Abbaslı parlament seçkiləri ilə əlaqədar yaratdığı “Ağ blok”un partiyaya çevriləcəyini deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net