AXCP-də Əli Kərimlinin istefasını istəyənlərin sayı artır
Tarix: 10-09-2015, 11:01 | Çap et
AXCP-də Əli Kərimlinin istefasını istəyənlərin sayı artır
AXCP Ağstafa rayon şöbəsinin konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda AXCP-də yaranmış son durum müzakirə edilib. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma apardığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər.

Sonra təşkilati məsələlərə baxılıb. Maarif Salahov AXCP Ağstafa rayon şöbəsinin sədri seçilib. Kamal Verdiyev AXCP Ali Məclisinin üzvü, Yaşar Babayev, Aqşin Hüseynov və Fizuli Nəsibov isə Nəzarət Təftiş Komissiyasının üzvləri seçiliblər.

Sonda rayon şöbəsindən AXCP Etimad Qurultayına nümayəndələr seçilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net