Əli Kərimli və Cəmil Həsənli debatdan qaçdı
Tarix: 10-03-2016, 12:51 | Çap et
Əli Kərimli və Cəmil Həsənli debatdan qaçdı
Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası müxalifətin xalq və KİV qarşısında açıq debat çağırışına münasibət bildirib.

Partiya sədrinin müavini Nurəddin Məmmədli AzVision.az-a açıqlamasında başda Müsavat partiyası olmaqla heç bir siyasi təşkilatla dialoqa getmək niyyətində olmadıqlarını bildirib.

“Orada nə işlə məşğuldurlar, hansı addımı atırlar, bu bizi maraqlandırmır. Bizə təklif gəlsə belə, qəbul etməyəcəyik. Kim nə edir, özü bilər, biz onlarla heç bir görüşdə, debatda iştirak etməyəcəyik”,- deyə AXCP rəsmisi vurğulayıb.

AXCP ilə yanaşı Cəmil Həsənlinin sədri olduğu Milli Şura da müxalifətin koalissiyası ilə debatdan imtina edib.

Qeyd edək ki, KXCP, AXP, ADP, VİP, AzDP, ALDP, BAP, Azadlıq Partiyası, GAP, AĞ blok və digər müxalifyönlü təşkilatların, QHT-lərin təmsil olunduğu müxalifətin antiböhran koalisiyası Milli Şura və Müsavat Partiyası ilə xalq və KİV qarşısında açıq debat keçirilməsi qərarına gəlib. Müsavat və Milli Şura ilə debatın reallaşdırılması üçün danışıqlar aparmaq isə ADP sədri Sərdar Cəlaloğluna həvalə edilib. Martın 9-da S.Cəlaloğlu bu məqsədlə Müsavat başqanı Arif Hacılı ilə görüşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net